ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sülh sazişi Trampın regiona verdiyi diplomatik aspekti göstərir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi müavininin baş müşaviri Kaleb Orr Xəzər Siyasət Mərkəzinin Nyu-York şəhərində keçirdiyi 6-cı Xəzər Biznes Forumunda deyib.
O bildirib ki, bu razılaşma əsl sülh dividendləri yarada bilər. “Bu, region və bütün ABŞ üçün çox yaxşı olar”, - deyə o əlavə edib.