EN

Nazir: Bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edib

Son illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib və bu islahatlar 4 milyon vətəndaşı əhatə edib. Bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə artırılıb.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar Milli Həllər” mövzusunda keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ölkə üzrə orta pensiya məbləğində 2,6 dəfə və orta əmək haqqında isə 2 dəfə artım müşahidə olunub.

"Sosial müavinətlərin və təqaüdlərin maliyyələşməsinə ayrılan vəsaitin həcmi isə 5 dəfə artırılıb. Ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edib və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb",- deyə A.Əliyev bildirib.

Chosen
12
2
xalqqazeti.az

3Sources