EN

Millət vəkili akademiklə birgə şəhid ailəsini ziyarət etdi

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Akademik Vaqif Abbasovla birgə rayonun Qaynaq kəndində Vətən müharibəsinin mülki şəhidi Məmmədov Həsən Asif oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki, görüş zamanı tarixi qələbəmizdə şəhidlərimizin rolundan bəhs edilərək, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılıb.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, mülki şəhid Həsən Məmmədov  1981-ci ilin fevral ayının 1-də Tərtər rayonunun  Qaynaq kəndində anadan olub. Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  6 oktyabr tarixində Azad Qaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub.

Chosen
46
1
ikisahil.az

2Sources