EN

Pauel: İnflyasiya qeyri-müəyyənliyi davam edir

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell inflyasiya risklərinin hələ də gündəmdə olduğunu bildirib.

“Daha yüksək və daha davamlı inflyasiya riskini diqqətlə qiymətləndirib idarə edəcəyik. Bu birdəfəlik qiymət artımının davamlı inflyasiya probleminə çevrilməməsini təmin edəcəyik”, – Pauell qeyd edib.

O, tariflərin yaratdığı qiymət təzyiqlərinin müvəqqəti olacağını vurğulayaraq, qiymət səviyyəsindəki bu birdəfəlik artım, ehtimal ki, bir neçə rübdə yayılacaq və həmin dövrdə inflyasiya bir qədər yüksək qalacaq deyib.

Rod-Aylend ştatının Providens şəhərində Ticarət Palatasının tədbirində çıxış edən FED rəhbəri ABŞ iqtisadiyyatındakı son göstəricilərə də toxunub.

Onun sözlərinə görə, iqtisadi artım tempi zəifləyib, işsizlik hələ də aşağı səviyyədə olsa da, artmaqdadır.

Pauell həmçinin məşğulluq artımının zəiflədiyini, risklərin böyüdüyünü, inflyasiyanın isə son aylarda yenidən sürətləndiyini diqqətə çatdırıb.

FED sədrinin sözlərinə görə, risk balansındakı bu dəyişikliklər ötən həftə keçirilən iclasda siyasət mövqeyini neytrala yaxınlaşdırmağa səbəb olub.

Chosen
6
banco.az

1Sources