EN

Hər hansı hərbi kataklizmlər baş verməyəcək? KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycanda xüsusi karantin rejiminin 2026-cı ilin yanvar ayının 1-dək uzadılmasını şərtləndirən amillərlə bağlı sosial şəbəkələrdə və ictimaiyyət arasında fərqli müzakirələr gedir. Kimlərsə bu qərarın lehinə mövqe bildirir, kimlərsə qərarı tənqid edir. Xüsusilə, quru sərhədlərin bağlı olması ilə əlaqədar etirazlarını ifadə edənlər xüsusi karantin rejimi qərarının əleyhinədirlər. Əvvəla, xüsusi karantin rejiminin əsas tələblərindən biri quru sərhədlərin bağlanması ilə bağlıdır. Sərhədlər məsələsi xüsusilə təhlükəsizliklə əlaqədar atılmış addımdır. Yadınızdadırsa, İsrail-İran arasında baş vermiş on iki günlük müharibə və onun nəticələri fonunda Azərbaycan dövlətinin karantin rejimini uzatmaq qərarının nə qədər düzgün olması barədə cəmiyyətdə birmənalı mövqe formalaşdı. Məlum oldu ki, müharibə nəticəsində İranda yüz minlərlə əhali ölkəni tərk edib. Onların böyük qismi Türkiyə istiqamətinə hərəkət etmişdi. Azərbaycanla quru sərhədlərin bağlı olması bu insanların ölkəmizə keçmələrinin qarşısını aldı. Çoxsaylı insan axınının Azərbaycana istiqamətlənməsi, şübhəsiz ki, ölkəmizin maraqlarına ziddir”.

KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Kim təminat verir ki, ölkəmizdə yenidən hər hansı hərbi kataklizmlər baş verməyəcək? Kim təminat verir ki, rəsmi Tehran və Təl-Əviv arasındakı qarşıdurma yenidən müharibəyə çevrilməyəcək? Belə təminat yoxdur. Xüsusilə, Yaxın və Orta Şərq bölgəsində vəziyyət daha da gərginləşib. Artıq təkcə Suriya deyil, İsrail və Qətər arasında da vəziyyət gərgindir. İsrail-İran münasibətləri kritik həddədir. Bütün bu reallıqlar fonunda sərhədlərimizin mühafizəsi daha aktual məsələyə çevrilir. Eyni məntiqlə yanaşanda koronavirus təhlükəsi öz yerində, burada əsas diqqəti cəlb edən məsələ təhlükəsizlikdir. Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı və təhlükəsizliyi dayanır. Sərhədlərin bağlı olmasına da məhz əhalimizin təhlükəsizlik kontekstində qiymət vermək lazımdır. Burada hansısa başqa məna axtarmaq əbəsdir”, – deputat bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
2
konkret.az

3Sources