Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.
Bu barədə Day.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, qeyri-yaşayış sahəsinə məxsus qaz xəttinin "Hacı Seyfəl" orta təzyiqli qaz kəmərinə qoşulması ilə bağlı sentyabrın 24-də saat 10:00-dan işlər başa çatanadək adı çəkilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, Ləhic bağları və Maştağa-Nardaran massivi adlanan ərazilərə təbii qazın verilişində fasilə yaranacaq.