EN

Gədəbəydə içində müəllimlərin olduğu mikroavtobus aşıb, xəsarət alanlar var

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub...

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
11
8
poliqon.info

10Sources