Azərbaycan voleybol çempionatlarında (kişi və qadın) yeni mövsümün püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, tədbir Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında təşkil edilib. Tədbirdə federasiyanın və klubların nümayəndələri iştirak ediblər.

Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda – "Azərreyl", "Abşeron", "Murov Az Terminal", "Gəncə", "Milli Aviasiya Akademiyası", UNEC, eləcə də debütant "DH Volley", "Turan" və "Gənclər" klubları mübarizə aparacaqlar.

Yarışlar liqa mərhələsindən (ilkin mərhələ) və pley-offdan ibarət olacaq. Liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, ən yaxşı 8 komanda pley-offa yüksələcək.

Kişilərin çempionatında isə 6 komanda – "Azərreyl", "Murov Az Terminal", "Xilasedici", "Neftçi", ORDU və "Gənclər" çıxış edəcək. Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda ilk 4 pillədə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.

Yüksək Liqa

I tur

Kişilər

"Neftçi" - ORDU

"Murov Az Terminal" - "Azərreyl"

"Gənclər" - "Xilasedici

Yüksək Liqa

I tur

Qadınlar

"Gənclər" - "Murov Az Terminal"

"Gəncə" - "Azərreyl"

"DH Volley" - "Abşeron"

UNEC - "Milli Aviasiya Akademiyası"

Oyunların keçirilmə vaxtı və məkanı barədə daha sonra məlumat veriləcək.