Bu gün "Absheron Lions" FIBA Avropa Kubokunun təsnifat mərhələsində ilk matçına çıxacaq/

Offsideplus.az xəbər verir ki, rəqib Kiprin "Anortosis" (Famaqusta) klubudur. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qarşılaşma "Bakı İdman Sarayı"nda baş tutacaq.

Cavab oyunu 1 həftə sonra Kiprdə keçiriləcək.

Qeyd edək ki, bu, "Absheron Lions" kluhunun tarixində ilk avrokubok oyunudur.

FIBA Avropa Kuboku, I təsnifat mərhələsi

24 sentyabr (çərşənbə)

19:00 "Absheron Lions" - "Anortosis"

Bakı İdman Sarayı