Ermənistanda sentyabrın 23-də gecə saatlarında İrəvan şossesinin Armavir vilayətinin Merdzavan kəndi ərazisindən keçən hissəsində atışma olub.
Heftelik.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərdən birinin icma rəhbəri Valodya Qriqoryan olduğu bildirilir.
Hadisənin motivləri məlum deyil, məsələ ilə bağlı araşdırma aparılır.