EN

Tayvanda qasırğa ən azı 14 nəfərin həyatına son qoyub

Tayvanda Hualien qraflığında palçıq bəndinin uçması nəticəsində azı 14 nəfər ölüb, onlarla insan itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, “Focus Taiwan” xəbər portalının məlumatına görə, daha əvvəl sürüşmə nəticəsində əmələ gələn göl “Raqasa” qasırğasının gətirdiyi leysan yağışlar səbəbindən sahillərini aşıb.

Məlumata görə, sel suları Quanqfu kəndini basıb. Sular çəkilib, lakin küçələr qalın palçıq və dağıntı təbəqəsi ilə örtülüb.

Xilasedicilər ev-ev axtarış aparır, itkin düşənlərin dəqiq sayı isə qeyri-müəyyən olaraq qalır.

Səlahiyyətlilər 3000-dən çox insanı təxliyə edib.

Hualien şəhərindən təqribən 40 kilometr cənubda yerləşən Quanqfuda sel suları qatar stansiyasını da basıb və yerli magistral yoldakı körpünü dağıdıb.

Sentyabrın 24-də Çinin Honq-Konq və Makao Xüsusi İnzibati Bölgələrini vurub, sürəti 50 m/s-dən çox olan qasırğa gücünə malik “Raqasa” tayfunu Quanqdonq və Hainan əyalətlərinə və Quanqsi-Çjuanq Muxtar Bölgəsinə doğru irəliləyir. Qasırğanın sentyabrın 26-da Vyetnamın şimalına və Kambocaya doğru hərəkət edəcəyi və onun təsirinin cənub-qərbdəki Yunnan əyalətində də hiss olunacağı gözlənilir.

Chosen
14
ucnoqta.az

1Sources