EN

Tramp 10 dəfə təkrarladı: Bu dərmanı almayın!

ain.az, News24 portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp hamiləlik dövründə geniş istifadə edilən tərkibində parasetamol təsiredici maddəsi olan dərmanın autizmlə əlaqəli ola biləcəyini iddia edib. O, dəfələrlə həmin dərmandan istifadə etməməyi və uşaqlara verməməyi vurğulayıb.

News24.az xəbər verir ki, Tramp ölkədə autizm hallarının artmasını buna əsas kimi göstərib və satışda olan preparatların üzərinə xəbərdarlıq etiketlərinin vurulmasını tapşırıb.

Lakin tibb ictimaiyyəti Trampın açıqlamasına sərt reaksiya verib. Ekspertlər bildirirlər ki, parasetamol hamiləlik dövründə ən çox tövsiyə edilən dərmanlardan biridir və mövcud elmi araşdırmalar onun autizmə səbəb olduğunu sübut etmir. Ümumdünya Səhiyyə Təşkilatı da mövzu ilə bağlı sübutların “uyğunsuz və qeyri-müəyyən” olduğunu açıqlayıb.

Hazırda həkimlər parasetamolun yalnız zəruri hallarda və minimal dozada qəbul edilməsini məsləhət görürlər.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
news24.az

2Sources