EN

Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir - Prezident İlham Əliyev

Bakı. Trend:

Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən stratejilayihədir. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya iləbağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropayavə əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.

Trend xəbər verir ki, bubarədə Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinintəşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı,maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər BiznesForumuna müraciətində deyilir.

“Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tamortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağaimkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanınuzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropaarasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimiirimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizintam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı iləyanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlikamili ilə də şərtlənmişdir”,- deyə dövlət başçısı vurğulayıb.

Chosen
27
8
az.trend.az

10Sources