Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusunu daşıyan Bakı şəhərində beynəlxalq vebinar təşkil olunub.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) verilən məlumata görə, Beynəlxalq Məşqçi Lisenziyası, Məşqçilərin Təhsili və İnkişafı Yolları mövzusunda keçirilən və 2025–2028-ci illəri əhatə edən vebinarda 20-dən artıq ölkədən 89 mütəxəssis iştirak edib.
AAF prezidenti Kamran Nəbizadə çıxışında Beynəlxalq və Avropa Ağırlıqqaldırma Federasiyaları prezidentlərinin Azərbaycana səfərlərini xatırladıb. Göstərilən etimada görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasaniyə minnətdarlığını bildirən AAF rəhbəri vebinar iştirakçılarına uğurlar arzulayıb. M.Calud və A.Hasani də bu kimi tədbirlərin təşkilində ölkəmizin böyük təcrübəyə malik olduğunu diqqətə çatdırıblar.
Daha sonra qÉ™rargahı Bakıda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyasının tÉ™ntÉ™nÉ™li açılışı olub.Â
Qabil YUSİFOÄžLUÂ
XQ
Â