EN

Norveçin paytaxtında güclü partlayış olub

Norveçin paytaxtı Osloda yerləşən Pilestredet bölgəsində güclü partlayış qeydə alınıb.

Hakimiyyet.az xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis əməkdaşı və bomba üzrə mütəxəssislər cəlb olunub. Rəsmilərin açıqlamasına görə, partlayışdan sonra şübhəli əşyalar aşkarlanıb və ərazi geniş şəkildə kordon altına alınıb.

Hakimiyyət orqanları sakinlərə pəncərələrdən uzaq durmaq və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmək barədə xəbərdarlıq ediblər.

Hazırda hadisə nəticəsində tələfat və ciddi xəsarət barədə məlumat yoxdur. Şəhər mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, bəzi tramvay xətləri isə fəaliyyətini dayandırıb.

Polis partlayışın səbəblərini araşdırır. (musavat.com)

Chosen
29
3
hakimiyyet.az

7Sources