EN

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində oldular

BAKI, 24 sentyabr. TELEQRAF

Sentyabrın 23-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-York şəhərində Müasir İncəsənət Muzeyində (Museum of Modern Art-MoMA) olublar.

Teleqraf xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyevaya muzey haqqında məlumat verilib.

Bildirilib ki, burada 1929-cu ildən bəri dünyanın ən dəyərli incəsənət əsərləri qorunaraq nümayiş etdirilir. Rokfeller ailəsinin dəstəyi ilə yaradılan muzey bu gün dünyanın ən mötəbər sənət məkanlarından biridir. Yalnız rəsm deyil, foto, heykəltaraşlıq, memarlıq layihələri, film, hətta elektron media əsərləri də muzeyin kolleksiyasında yer alır. Burada Pablo Pikasso, Vinsent Van Qoq, Endi Uorhol və Anri Matis kimi sənətkarların dünyaca məşhur əsərlərinə rast gəlmək olar. Muzeyin kitabxana və arxiv bölməsi isə tədqiqatçılar üçün əvəzsiz mənbədir. Minlərlə kitab, fayl və sənəd kolleksiyası buranı həm də elmi mərkəzə çevirib.

Chosen
16
25
teleqraf.com

10Sources