Norveçin paytaxtı Oslonun Pilestredet küçəsində güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Dagsavisen" şəhər polisinə istinadla məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, ərazidə hələ də partlayıcı qurğular var. Polis yerli sakinlərdən pəncərələrdən uzaq durmağı xahiş edib.
Nəşr qeyd edib ki, küçədə bir neçə partlayıcı qurğu aşkarlanıb, onlardan biri işə düşüb.