EN

Azərbaycanla Cibuti arasında viza ilə bağlı saziş imzalandı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əbdülqadir Hüseyn Ömərlə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə C. Bayramov "X" sosial media hesabında paylaşım edib. "Biz siyasi, iqtisadi, ticarət, humanitar və təhsil sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, həmçinin çoxtərəfli platformalarda tərəfdaşlığı müzakirə etdik", - nazir paylaşımda bildirib.

O qeyd edib ki, görüşdə 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı sammiti və Azərbaycanın sədrliyinin bu əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Chosen
23
15
publika.az

10Sources