EN

Bakıda yük avtomobili yolda qaldı - nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.

Bu barədə "Ölkə.az"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, digər nəqliyyat vasitələri üçün qəza şəraiti yarandığından və yük avtomobilinin yoldan götürülməsi məqsədilə metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Chosen
35
17
olke.az

10Sources