EN

Xəstəliyinə görə avtomobilini satdı - VİDEO

"Yazırlar Allah rəhmət eləsin. Ölməmişəm. Bu ayın 25-də səhnəyə çıxacağam. Qocalmışam ayağımdan çəkirlər, cavan olsam nə edərlər. Var-dövlətim də yoxdur, nə istəyirlər bilmirəm".

Azreform.info xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova "Bizimləsən" proqramında deyib. Aktrisa xəstəliyindən danışıb. O, bildirib ki, diqqətsiz qalıb: 

"Xəstələnməyimin səbəbi oldu. Diqqətsiz qaldım və xəstələndim. Yaxşı ki, çatlayıb ölmədim. Heç kim mənimlə maraqlanmadı, qayğıma qalmadı. 57 ildir səhnədəyəm". 

Aparıcı Zaur Baxşəliyevin "Sənətkarın arzusu diqqət və qayğı görməkdir. Fatma Mahmudova əziyyət çəkib. İçində böyük dərd yaşayır, amma insanları güldürməyi bacarır. Tamaşaçı bilmir ki, Fatma Mahmudovanın evinin qapısı yoxdur. Özünə sığışdırmır qapı döysün. Niyə evində qapı yox, pərdə asılmalıdır? Niyə xəstəliyinə görə avtomobilini satmalıdır" sözlərinə aktrisa kövrəlib.

Qeyd edək ki, F.Mahmudova bir müddət əvvəl insult keçirib və səhhətində problemlər yaranıb. (Axşam.az)

Chosen
23
12
azreform.info

10Sources