EN

Tramp BMT Baş Assambleyasında ən uzun çıxışlardan birinə imza atıb

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında 57 dəqiqəlik nitq söyləyib. Editor.az xəbər verir ki, bu, Assambleyadakı ənənəvi çıxışlardan təxminən iki dəfə uzun olub.

Tramp çıxışında milli sərhədlərin qorunmasının, xalqların ənənəvi dəyərlərinin müdafiəsinin və “daha yaxşı, firavan dünyanın” qurulması üçün birgə səylərin vacibliyini vurğulayıb.

Eyni zamanda, o, BMT-ni israfçılıqda ittiham edərək, təşkilatın böyük həcmli, lakin səmərəsiz xərcləmələr apardığını iddia edib. ABŞ liderinin sözlərinə görə, qurum əksər hallarda real nəticə verməyən layihələrə böyük vəsait ayırır.

Tramp misal kimi BMT kompleksinin illər əvvəl həyata keçirilmiş təmiri ilə bağlı tenderi göstərib. Onun şirkəti həmin layihəni zəmanətlə 500 milyon dollara təklif etdiyini bildirib. Lakin BMT fərqli yanaşmaya üstünlük verərək, daha baha başa gələn və daha zəif nəticələr doğuran variantı seçib.

//Gülnarə Abasova, Editor.az

Chosen
7
editor.az

1Sources