EN

Səhiyyə müəssisələrində niyə növbə xaosu yaşanır?VİDEO

Növbəsini gözləyən onlarla insan... Tibbi xidmətdən istifadə etmək üçün vətəndaşlar saatlarla sıralarını gözləyir... Bu qədər gecikmenin səbəbi isə kompüter sisteminin işləməməsidir...

Xezerxeber.az xəbər verir ki, son zamanlar bu kimi şikayetler artıb. Eyni hadisə bugün Yeni Klinikada qeydə alınıb. Çarəsiz vətəndaşlar günorta saatlarında geri qayıdıblar.

Eyni problem 2 nömrəli şəhər klinik xəstəxanasında da baş verib.

Qaynar xəttimizə müraciət edən şəxs bildirir ki, sistem işləmədiyinə görə günlərdir övladını yoxlanışdan keçirə bilmir.

Məsələ ilə bağlı TƏBİB-dən “Xəzər “Xəbər”ə bildirildi ki bu gün səhər saatlarında "e-Tabib" proqram təminatında normadan artıq yüklənmə səbəbindən nasazlıq yaranıb və nəticədə bir sıra tibb müəssisələrində elektron qeydiyyat sistemində qısamüddətli fasilələr müşahidə olunub.

Qısa zaman ərzində problem aradan qaldırılıb və hazırda sistem tam fəaliyyətini bərpa edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
6
1
xezerxeber.az

3Sources