Avropada türk dili rəsmi status qazandı
News24.az xəbər verir ki, Kosovanın Mitroviça, Priştina və Lipyan şəhərlərində türk dili rəsmi dil elan edilib. Qərar Kosova Demokratik Türk Partiyasının təklifi əsasında bələdiyyə məclislərində səs çoxluğu ilə qəbul olunub.
Yeni qərar türk icmasının dövlət xidmətlərinə və yerli idarəetməyə ana dilində çıxışını asanlaşdıracaq. Türk dili artıq rəsmi sənədlərdə, yazışmalarda və yol nişanlarında istifadə edilə biləcək.
Bu addım Kosovadakı türk icması üçün tarixi hadisə sayılır. Qərar həm mədəni hüquqların qorunması, həm də çoxdilli idarəetmə sisteminin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Türk dili sözügedən şəhərlərdə rəsmi istifadədə hüquqi status əldə edib və bu, icmanın cəmiyyətdə tanınmasını artıracaq.
Qərarın digər şəhərlərə də nümunə olması istisna edilmir.
Xeyrənsə Piriyeva