EN

Voleybol üzrə dünya çempionatında son səkkiz komanda məlum olub

Bu gün Filippində kişi voleybolçular arasında 2025-ci ildə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

İdman.biz bildirir ki, qarşılaşmaların nəticələri yarışın 1/4 final mərhələsinin bütün iştirakçılarını müəyyən edib.

Beləliklə, 1/4 finalda Çexiya-İran, ABŞ-Bolqarıstan, Polşa-Türkiyə və İtaliya-Belçika qarşılaşmaları olacaq.

Sentyabrın 12-dən 28-dək Filippində kişilər arasında FIVB Voleybol üzrə 2025 dünya çempionatı keçirilir. Titulun hazırkı sahibi İtaliyadır.

İdman.biz

Chosen
43
2
idman.biz

3Sources