ABŞ Venesuelayla əlaqəli olduğu iddia edilən narkokartellərə qarşı yeni zərbələr endirəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Vaşintonun başqa seçimi yoxdur.
“Biz bu yaxınlarda Venesuela terrorçularını və onların ticarət şəbəkələrini məhv etmək üçün ABŞ ordusunun böyük gücündən istifadə etməyə başladıq. ABŞ-a narkotik qaçaqmalçılığı edən hər bir terrorçu xəbərdar olmalıdır ki, onları yer üzündən siləcəyik”, – Ağ Ev rəhbəri bildirib.