EN

Sayns 2025-ci ildə Azərbaycan Qran-prisinin uğurunu təkrarlayacağına şübhə edir

"Williams"ın ispaniyalı pilotu Karlos Sayns komandasının Azərbaycan Qran-prisindəki uğurunu təkrarlamaq şanslarından danışıb.

İdman.biz bildirir ki, ispaniyalı Bakıda üçüncü olub.

"Düzünü desəm, çətin ki, mövsümün qalan yarışlarında daha çox nailiyyət əldə edə bilək. Hətta buna bənzər bir şey də yoxdur. Düşünürəm ki, bu podium bizim ən yaxşı şansımız idi. Qalan yarışlardan "Williams" üçün ən yaxşısı yəqin ki, Las-Veqas olacaq, burada bizim ilk beş və ya altı pillədə yer almaq şansımız ola bilər. Bu, nəticəyə hər şey yaxşı getsə, bəzi traslarda nail ola bilərik. Çətin olacaq, amma mübarizə aparacağıq.

Bununla belə, məsələn, Qətərdə xal qazana biləcəyimizi düşünmürəm. Komanda trasdən trasa çox dəyişir. Texas və Meksikada hələ yarışlarımız var və biz orada xal qazana biləcəyik. Nə baş verəcəyini görəcəyik”, - deyə Sayns bildirib.

İdman.biz

Chosen
14
1
idman.biz

2Sources