EN

İspaniyanın hökumət başçısı Pedro Sançesin qardaşı məhkəmə qarşısına çıxarılır

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İspaniyanın Baş naziri Pedro Sançesin qardaşı Devid Sançes məhkəmə qarşısına çıxacaq. O, hökumət başçısının nüfuzundan istifadə etmə və inzibati pozuntu törətməkdə ittiham olunur.

Oxu.Az "Haber Global"a istinadla xəbər verir ki, Badaxoz Vilayət Məhkəməsinin hakimi hesab edib ki, 2017-ci ildə Badaxoz Vilayət Məclisi tərəfindən Musiqi Konservatoriyaları Fəaliyyətlərinin Koordinatoru vəzifəsinə təyin olunan Devid Sançesin inzibati pozuntuya yol verməsi və baş nazir qardaşının nüfuzundan sui-istifadə etməsi iddiaları məhkəmə araşdırması üçün kifayət qədər əsasdır.

Eyni iş çərçivəsində, Devid Sançesdən başqa, hökumət başçısının baş katibi olduğu Sosialist Fəhlə Partiyasının (PSOE) Ekstremadura muxtar bölgəsinin lideri Migel Angel Qalyardo da daxil olmaqla 10 nəfər təqsirləndirilir.

Bundan başqa, İspaniyanın baş nazirinin həyat yoldaşı Begonya Qomesə qarşı da hüquqi proses davam edir. İfrat sağçı iki dərnək və daha sonra Voks Partiyasının da iştirak etdiyi cinayət şikayəti əsasında, Begonya Qomesin hökumət başçısının nüfuzundan istifadə edərək çalışdığı universitetdə bir biznesmenə iş təminatında vasitəçilik etdiyi iddia olunur. İstintaq 5 aprel 2024-cü ildən bəri davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
oxu.az

1Sources