1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Fələstinin getdikcə daha çox ölkə tərəfindən tanınması fonunda bu ölkənin Lideri Mahmud Abbasın burada olmamasından duyduğum kədəri ifadə etmək istəyirəm".
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.
"Biz bu gün öz vətəndaşlarımızla birlikdə səsinin boğulması istənilən Fələstin xalqının səsi olmaq üçün bu kürsüdən çıxış edirəm. Fələstini tanıyan ölkələrə təşəkkür edirəm. Hələ bu qərarı qəbul etməyən dövlətləri tez bir zamanda belə addımı atmağa çağırıram".