EN

Bakının qlobal investisiya arenasında artan nüfuzu: Lider maliyyə şirkətləri Azərbaycanla əməkdaşlığa can atırlar

Bakı. Trend:

Prezident İlham Əliyevin dünyanın aparıcı maliyyə qurumlarınınrəhbərləri ilə görüşləri Azərbaycanın beynəlxalq maliyyə məkanındaartan nüfuzunun bariz göstəricisidir. “Brookfield AssetManagement”in baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman”ınsədri və baş icraçı direktoru Corc Volker, həmçinin “Blackstone”şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qreylə baştutan müzakirələr qlobal maliyyə liderlərinin ölkəmizə diqqətininartdığını nümayiş etdirir.

Xüsusilə qeyd edilməlidir ki, hər üç şirkət dünyanın ən irialternativ investisiya idarəedici qurumlarındandır və trilyonlarladollarlıq aktivləri idarə edir. Onların Azərbaycan Prezidentinəmüraciət edərək görüşlər keçirməsi ölkəmizin iqtisadi mühitinə,investisiya imkanlarına və regiondakı strateji roluna olan marağınartması ilə bağlıdır.

Görüşlər zamanı Azərbaycanın həyata keçirdiyi islahatlar,əlverişli biznes mühiti və iqtisadi inkişaf perspektivləri diqqətmərkəzində olub. Bu, həm də Azərbaycanın təkcə enerji sahəsindədeyil, qeyri-neft sektorunda da xarici sərmayədarlar üçün cəlbedicitərəfdaş olduğunu təsdiqləyir.

Nüfuzlu maliyyə nəhənglərinin Azərbaycana diqqət göstərməsiölkəmizin qlobal investisiya xəritəsində mövqeyinimöhkəmləndirməklə yanaşı, gələcəkdə yeni tərəfdaşlıq imkanlarınınyaranmasına da zəmin yaradır.

Bu baxımdan 1985-ci ildən fəaliyyət göstərən “Blackstone”şirkəti xüsusi əhəmiyyət daşıyır. Hazırda 1,2 trilyon ABŞ dollarıhəcmində aktivləri idarə edən “Blackstone” yalnız alternativinvestisiyalar sahəsində deyil, ümumilikdə beynəlxalq maliyyəbazarlarında lider mövqeyə malikdir. Onun idarə etdiyi aktivlərindəyəri dünyanın ÜDM-in 1 faizindən çoxuna bərabərdir ki, bu da birçox ölkələrin ümumi iqtisadi potensialını üstələyir.

Şirkət daşınmaz əmlak sahəsində qlobal miqyasda rekordgöstəricilərə nail olub. Təkcə 2023-cü ildə “Blackstone Real EstatePartners X” fondu 30,4 milyard ABŞ dolları vəsait cəlb edərəktarixdə ən böyük özəl daşınmaz əmlak fondu kimi qeydə alınıb.Bundan əvvəl isə şirkət 2007-ci ildə 26 milyard dollara “Hilton”otellər şəbəkəsini alaraq hotel sənayesində ən iri əməliyyatlardanbirini həyata keçirib. Bu faktlar Azərbaycanın əməkdaşlıq etdiyitərəfdaşın gücünü və etibarlılığını açıq şəkildə nümayişetdirir.

“Blackstone”un investisiya portfeli həm də logistika və rəqəmsalinfrastruktur kimi sahələri əhatə edir. Şirkətin idarə etdiyi “LinkLogistics” platforması 46 milyon kvadratmetrdən çox anbar sahəsinəsahibdir ki, bu, bütöv bir ölkənin logistika potensialınabərabərdir. Digər tərəfdən, “Mileway” şirkəti üzərindən Avropanınən böyük şəhərdaxili logistika əməliyyatı 21 milyard avro dəyərindəhəyata keçirilib. Bu miqyaslı layihələr Azərbaycanın da iştiraketdiyi qlobal iqtisadi şəbəkələrin hansı güclü oyunçularlaqurulduğunu təsdiqləyir.

Rəqəmsallaşma dövründə “Blackstone”un texnologiya və datamərkəzləri sahəsində rolu xüsusi önəmlidir. Şirkətə məxsus “QTSData Centers” platforması 2 qiqavatt elektrik tutumuna malikdir ki,bu da böyük şəhərlərin enerji istehlakı ilə müqayisə oluna biləcəkgöstəricidir. Bu, Azərbaycanın da inkişaf strategiyasında önəmliyer tutan süni intellekt, bulud texnologiyaları və rəqəmsalxidmətlər sahəsinə sərmayələrin hansı güclü bazalara söykəndiyinigöstərir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 2015-ciildən etibarən “Blackstone” ilə strateji tərəfdaşlıq quraraq bugüclü şəbəkənin bir hissəsinə çevrilib. Fondda yerləşdirilən 1milyard dollardan artıq investisiya Şimali Amerika, Avropa və Asiyabazarlarını əhatə edir. Bu əməkdaşlıq Azərbaycanın yalnız gəlirəldə etməsini deyil, həm də logistika, rəqəmsal infrastruktur,yaşıl enerji və səhiyyə kimi gələcəyin sahələrinə birbaşa çıxışınıtəmin edir.

Azərbaycanın qlobal maliyyə bazarındakı etibarlıtərəfdaşlarından biri də “Brookfield Asset Management” şirkətidir.1899-cu ildə yaradılmış bu nəhəng investisiya meneceri hazırda 1trilyon ABŞ dolları həcmində aktivləri idarə edir və dünyanın ənböyük alternativ investisiya qurumlarından hesab olunur. Şirkətinfəaliyyət coğrafiyası 30-dan çox ölkəni əhatə edir və portfelində 2500-dən artıq müxtəlif aktiv var. Bu miqyaslı şəbəkə Azərbaycanında beynəlxalq iqtisadi əməkdaşlıqlarında xüsusi rol oynayır.

“Brookfield”in 125 illik investisiya təcrübəsi və geniş portfelionun etibarlılığını artıran əsas amillərdəndir. Şirkətin ABŞ,Avropa, Asiya-Sakit Okean, Kanada və Cənubi Amerikada yüzmilyardlarla dollar dəyərində aktivləri var. Sektorlar üzrə isədaşınmaz əmlak, infrastruktur, özəl səhm, kredit və bərpa olunanenerji sahələrinə yönələn yüz milyardlarla dollarlıq yatırımlarmövcuddur. Bu diversifikasiya Azərbaycanın əməkdaşlıq etdiyitərəfdaşın həm maliyyə dayanıqlığını, həm də geniş təsir gücünügöstərir.

Bərpa olunan enerji sahəsində “Brookfield” dünya liderlərindənbiridir. Şirkət 43 qiqavat hazır enerji gücünə və 227 qiqavathəcmində layihə boru xəttinə sahibdir ki, bu, Hindistan kimi nəhəngbir ölkənin enerji istehsalını üstələyir. “Microsoft” və “Google”ilə imzalanmış müqavilələr isə “Brookfield”in yalnız sərmayəçideyil, həm də texnologiya nəhənglərinin enerji təminatçısı olduğunusübut edir. Bundan başqa, “Westinghouse Electric Company” üzərindənəzarəti sayəsində şirkət nüvə texnologiyalarında da aparıcıoyunçudur. Azərbaycanın “yaşıl enerji” hədəfləri fonunda belə birtərəfdaşla əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

Şirkətin infrastruktur və rəqəmsal iqtisadiyyata yatırımları dadiqqətəlayiqdir. “Brookfield”in 312 min telekom qülləsi, onminlərlə kilometr fiber optik şəbəkəsi və yüzdən çox data mərkəzivar. Daşınmaz əmlak üzrə isə 36 milyon kvadratmetrlik sahə idarəolunur. Bu resurslar qlobal rəqəmsal inkişafın əsas dayaqlarınıformalaşdırır və Azərbaycanın telekom, logistika və rəqəmsaltransformasiya hədəfləri ilə uzlaşır.

ARDNF 2019-cu ildən “Brookfield” ilə strateji tərəfdaşlıqquraraq 660 milyon ABŞ dollarından çox sərmayə yatırıb. Buəməkdaşlıq sayəsində fond təkcə infrastruktur və daşınmaz əmlaksahəsində deyil, həm də təhsil sektorunda – məsələn, BƏƏ-dəfəaliyyət göstərən “GEMS Education” şəbəkəsində – mühüm iştirakçıyaçevrilib. Gələcəkdə bu tərəfdaşlıq Azərbaycanın yaşıl enerji,rəqəmsal iqtisadiyyat, logistika və təhsil sahələrində yenilayihələr həyata keçirməsinə zəmin yaradır.

Azərbaycanın qlobal investisiya mühitində etibarlıtərəfdaşlarından biri də “Neuberger Berman” şirkətidir. 1939-cuildən fəaliyyət göstərən bu aparıcı qlobal investisiya menecerihazırda 538 milyard ABŞ dolları aktiv idarə edir ki, bunun 140milyard dolları alternativ investisiyalara yönəldilib. Şirkətin 26ölkədə ofisləri var və səhmlər, istiqrazlar, hedc fondları,daşınmaz əmlak, infrastruktur və özəl səhm kimi müxtəlif aktivlərüzrə investisiyalar həyata keçirir. Bu miqyaslı portfelAzərbaycanın strateji investisiya təşəbbüsləri üçün mühüm resursyaradır.

“Neuberger Berman”in qlobal investisiya fəaliyyəti arasındatəhsil sektorunda uğurlu layihələr də yer alır. Məsələn, şirkət“Nord Anglia Education” konsorsiumuna rəhbərlik edərək dünyanın 30ölkəsində yerləşən 80-100 məktəbdən ibarət qlobal K-12 şəbəkəsindəpaya sahibdir. Bu layihə Azərbaycanın təhsil sahəsində beynəlxalqəməkdaşlıqlar üçün nümunəvi model təqdim edir.

Sənaye və texnologiya sektorlarında da “Neuberger Berman”inəhəmiyyətli mövqeyi var. Şirkətin investisiya etdiyi “Solenis”qlobal sənaye kimyəvi məhsulları istehsalçısıdır və 70 müəssisəsiilə altı qitədə 160 ölkədə fəaliyyət göstərir. Bu cür güclü şəbəkəAzərbaycanın sənaye və ekoloji texnologiyalara yönəlmiştəşəbbüslərində strateji tərəfdaşlıq imkanlarını genişləndirir.

ARDNF 2016-cı ildən “Neuberger Berman” ilə strateji əməkdaşlıqqurub. Xüsusi idarəetmə mandatı çərçivəsində fond 600 milyon ABŞdollarına yaxın investisiya qoyub. Şirkət əsasən informasiyatexnologiyaları, istehlak/elektron ticarət, sənaye texnologiyalarıvə səhiyyə sahələrinə sərmayə yönəldir ki, bu da portfelin müxtəlifmakroiqtisadi şərtlərə dayanıqlılığını təmin edir.

“Neuberger Berman” ilə əməkdaşlıq Azərbaycanın təhsil, səhiyyə,texnologiya və sənaye sahələrində strateji inkişafını dəstəkləyir.Fondun bu tərəfdaşlıq sayəsində əldə etdiyi imkanlar həminvestisiya gəlirləri, həm də uzunmüddətli strateji üstünlüklərbaxımından ölkənin iqtisadi və sosial inkişafına mühüm töhfəverir.

Bir daha qeyd edilməlidir ki, görüşlərin qarşı tərəfin təşəbbüsüilə baş tutması Azərbaycanın iqtisadiyyatının etibarlı və cəlbedicitərəfdaş kimi qiymətləndirildiyini nümayiş etdirir. Bu fakt eynizamanda Azərbaycanın strateji mövqeyinin güclü olduğunu və qlobalinvestorların diqqətini cəlb etdiyini təsdiqləyir.

Hər üç şirkətin qlobal miqyasda həyata keçirdiyi layihələrAzərbaycanın investisiya siyasətinə uyğun sahələri əhatə edir vəölkəmizə yeni əməkdaşlıq imkanları təqdim edir. ARDNF-in buşirkətlərlə strateji tərəfdaşlığı isə yalnız investisiya gəlirləriilə məhdudlaşmır, həm də Azərbaycanın yaşıl enerji, rəqəmsalinfrastruktur, təhsil və səhiyyə sahələrində inkişafınıdəstəkləyir.

Beləliklə, bu görüşlər və mövcud əməkdaşlıqlar Azərbaycanınqlobal iqtisadi arena və investisiya şəbəkələrindəki mövqeyini dahada gücləndirir. Qlobal maliyyə nəhəngləri ilə qurulantərəfdaşlıqlar ölkəmizin uzunmüddətli strateji məqsədlərinə xidmətedir və ölkənin müxtəlif sektorlarında dayanıqlı inkişafın təminolunmasına zəmin yaradır. Bu isə Azərbaycanın həm regional, həm dəbeynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıran mühüm faktorkimi çıxış edir.

Chosen
8
2
az.trend.az

3Sources