Azərbaycan və Ermənistan arasında sülhün təsisi üçün tərəfləri əvvəldən indiyə qədər cəsarətləndirdik.
APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə çıxışında bildirib.
Türkiyə Prezidenti deyib ki, Azərbaycan və Ermənistan arasında bu il avqustun 8-də atılan addımlardan məmnunluq duyurular: “Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan başda olmaq üzrə, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampı bir daha təbrik edirəm. Türkiyə və Ermənistana arasında normallaşma prosesi də öz axarı ilə davam edir”.