EN

Tramp BMT-ni dünya münaqişələrində fəaliyyətsizlikdə ittiham etdi

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasının açılışında çıxışı zamanı təşkilatı dünya münaqişələrinin həllində fəaliyyətsizlikdə ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, çıxış Associated Press (AP) tərəfindən canlı yayımlanır.

“Yeddi ay ərzində mən yeddi sonsuz müharibəni dayandırdım… Yeddi müharibəni dayandırdım. Təəssüf ki, bunu BMT etməli idi, amma mən özüm məcbur oldum”, – Tramp tribunadan bildirib.

O qeyd edib ki, təşkilatın “ən böyük potensialı” olmasına baxmayaraq, münaqişələrin həllində ona heç vaxt yardım etməyib. ABŞ Prezidenti əlavə edib ki, BMT-dən heç kim ona zəng etməyib və dəstək təklifi verməyib.

Chosen
2
nocomment.az

1Sources