EN

ABŞ Prezidenti: NATO indiyə qədər olmadığı qədər güclüdür

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı bəyan edib ki, onun dövründə NATO bütün mövcudluğu ərzində ən güclü təşkilata çevrilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti xəbər yayıb.

“İyun ayında keçirilən NATO sammitində praktiki olaraq bütün alyans üzvləri mənim təşəbbüsümlə xərcləri (müdafiə üçün) ÜDM-in 2%-dən 5%-inə artırmağı öhdələrinə götürdülər. Bu, alyansımızı indiyə qədər olduğundan daha güclü və qüdrətli etdi”, – ABŞ Prezidenti bildirib.

Tramp həmçinin çıxışı zamanı vurğulayıb ki, onun ilk prezidentlik dövründə əldə olunan sülh dağılaraq yerini ən böyük böhranlara verib. Onun sözlərinə görə, həmin dövrdə dünya firavan və dinc olub, “lakin sonradan müharibə silahları sülhü dağıtdı”.

Chosen
12
nocomment.az

1Sources