1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə razılaşmaya gəlməsə, Birləşmiş Ştatlar əhəmiyyətli tariflər tətbiq etməyə hazırdır. Lakin bu tariflər yalnız Avropa ölkələrinin ABŞ-nin məhdudiyyətlərinə qoşulacağı təqdirdə təsirli ola bilər".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
ABŞ lideri çərşənbə axşamı Avropa ölkələrinin nümayəndələri ilə Rusiya neftinin alışını dayandırmağı müzakirə etmək niyyətində olduğunu açıqlayıb.