EN

Azərbaycan paraüzgüçüsü dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Roman Salei Sinqapurda keçirilən dünya çempionatında növbəti medalını qazanıb.

90deqiqe.Az xəbər verir ki, S12 kateqoriyasında mübarizə aparan idmançı 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24:27 nəticə ilə gümüş mükafata sahib çıxıb.

O, turnirin ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə yarışında dünya çempionu olub. Növbəti gündə isə 100 metr məsafəyə "butterfly" (kəpənək) üzmə üsulunda 58.17 saniyəlik nəticə ilə bürünc medal əldə edib.

Chosen
244
5
90deqiqe.az

10Sources