EN

AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının tədbirinə qatılıb

AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev Fransanın paytaxtı Parisdə Avropa Şurasının Antidopinq Konvensiyasının Elm üzrə Məsləhətçi Qrupunun (T-DO SCI) görüşünə qatılıb.

Bu barədə 90deqiqe.Az-a agentliyin mətbuat xidmətindən bildirlib.

Avropa Şurasının ofisində təşkil olunan tədbirdə 10-dan artıq ölkədən milli antidopinq təşkilatlarının nümayəndələri və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən akkreditasiya olunmuş laboratoriyaların təmsilçiləri – 2025–2027-ci illər üçün elmi prioritetləri müəyyənləşdirmək məqsədilə bir araya gəliblər.

Gündəlikdə Qrupun prioritet sahələrinin nəzərdən keçirilməsi, yaxınlarda keçirilmiş sorğunun nəticələri və fəaliyyət planı ilə bağlı müzakirələr yer alıb.

Görüş çərçivəsində həmçinin 2027-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara elmi töhfələrin verilməsi məsələsi, laboratoriyalarla bağlı yeniliklər, texniki sənədlər və növbəti Məcəllə islahatı dövründə planlaşdırılan əsas dəyişikliklər müzakirə olunub. 2026-cı ildə MEDICRIME Konvensiyası ilə əməkdaşlıq çərçivəsində keçiriləcək "Qadağan edilmiş maddələr üzrə Beynəlxalq Konfrans"a hazırlıq da diqqət mərkəzində olub.

Tədbir yeni alətlər, o cümlədən "Antidopinq Sorğusu üzrə Dinamik Panel" və digər vasitələrin təqdimatı ilə araşdırmaların koordinasiyasına dair sessiya ilə yekunlaşıb.

Görüş Avropada təmiz idmanın qorunması və ictimai sağlamlığın təmin olunması üçün elmə əsaslanan siyasətlərin əhəmiyyətini bir daha təsdiqləyib.

Chosen
28
5
90deqiqe.az

6Sources