Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Sərhədçi" heyətinə daha bir əcnəbi basketbolçu qatıb.
Bu barədə 90deqiqe.Az-a paytaxt klubunun mətbuat xidmətindən bildirilib.
201 sm boya malik Mark Vance ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, ABŞ-dən olan basketbolçunun son klubu "UT Southern" olub.