EN

Tramp: “Çin və Hindistan Rusiya müharibəsinin əsas sponsorlarıdır”

ain.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyasının açılış mərasimində çıxış edib.

Turkustan.az xəbər verir ki, Tramp çərşənbə axşamı BMT tribunasından etdiyi çıxışda bu ölkələrin Rusiya neftini almaqda davam etməsini sərt tənqid edib:

“Çin və Hindistan Rusiya neftini almağa davam etməklə bu müharibənin əsas sponsorlarıdır.”

Prezident Tramp həmçinin bəzi NATO ölkələrinin də hələ də Rusiyadan enerji resursları idxal etməsini tənqid edərək bildirib:

“Bir düşünün, onlar özlərinə qarşı aparılan müharibəni maliyyələşdirirlər.”

Tramp çıxışında Qərb ölkələrini daha prinsipial və ardıcıl mövqe tutmağa çağırıb, Rusiyaya qarşı enerji asılılığının aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
1
icma.az

2Sources