EN

Tramp Azərbaycan və Ermənistan arasında qarşıdurma da daxil olmaqla 7 münaqişəni dayandırdığınıDEYİB

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ikinci prezidentlik müddətinin yeddi ayı ərzində Azərbaycan və Ermənistan arasındakı qarşıdurma da daxil olmaqla yeddi münaqişəni həll edə bilib.

Xezerxeber.az xəbər verir ki, o, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.

"Yeddi ay ərzində yeddi sonsuz müharibəni bitirdim. Təxminən 31 il, biri 36, digəri 28. Burada söhbət Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, həmçinin Ermənistan və Azərbaycan arasında münaqişələrdən gedir", - Tramp qeyd edib.

ABŞ Prezidenti qeyd edib ki, BMT bu məsələdə heç bir köməklik göstərməyib.

Onun sözlərinə görə, təşkilatdan yalnız xarab eskalator və teleprompter alıb.

Tramp vurğulayıb ki, heç bir lider belə bir nəticəyə nail ola bilməyib.

"Mən bunu cəmi yeddi ay ərzində etdim. Heç vaxt buna bənzər heç nə olmayıb. Mən bununla çox fəxr edirəm", - ABŞ lideri əlavə edib.

Chosen
20
2
xezerxeber.az

10Sources