Sea Breeze

Azərbaycanda texnoloji investorlar və startaplar üçün süni intellekt əsaslı informativ elektron resurs yaradılacaq.

Bununla bağlı İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC hazırlıqlara başlayıb.

Məlumata görə, məqsəd xarici istedadların ölkəyə cəlb edilməsini stimullaşdırmaqdır.

Belə ki, texnoloji investorlar və startaplara münasibətdə Azərbaycandakı mövcud imkanları mərkəzləşdirilmiş qaydada təqdim etmək məqsədilə informativ internet səhifəsinin hazırlanması nəzərdə tutulur. Proses saytın texniki olaraq hazırlanması, məzmunun formalaşdırılması və real rejimdə ziyarətçi suallarının operativ cavablandırılması məqsədilə sahəvi süni intellekt əsaslı bot resursunun inteqrasiyasını əhatə edir.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX