EN

“Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq vacibdir”

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxış edib.

90deqiqe.Az xəbər verir ki, tanınmış mütəxəssis bildirib ki, uğur qazanmağın əsas şərti daim çox çalışmaqdır:

“Məncə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır. Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayıram. Bəzən onların bundan xoşu gəlmir. Futbolçu olduğum illər yadıma düşür və çalışıram, uşaqları anlayaraq onlara çox çalışmağı öyrədim”.

Qurbanov vurğulayıb ki, futbolçuları düzgün başa düşmək üçün onların düşüncə tərzinə bələd olmaq mühüm rol oynayır.

Chosen
16
10
90deqiqe.az

10Sources