EN

Yasamalın Cəfər Cabbarlı küçəsində təmir işləri aparılacaq

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 24-ü saat 08:00-dan sentyabrın 25-i saat 24:00-dək paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində — A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazidə qısa müddətlik tam məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Chosen
34
12
azertag.az

10Sources