BMT-nin baş katibi Antoniu Quterreş Nyu-Yorkda keçirilən 80-ci Baş Assambleyanın açılışında çıxışı zamanı Azərbaycan və Ermənistanı nümunə göstərib.
Modern.az-ın məlumatına görə, Quterreş bildirib ki, bu il beynəlxalq aləmdə sülh proseslərinə dair mühüm addımlar atılıb.
O, Kamboca ilə Tailand arasında atəşkəsin əldə olunmasını və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında razılaşmanın imzalanmasını xüsusi vurğulayıb.
“Biz beynÉ™lxalq hüquqa É™saslanan sülhü seçmÉ™liyik. Bu il Kamboca ilÉ™ Tailand arasında atəşkÉ™s É™ldÉ™ olunub, AzÉ™rbaycan vÉ™ ErmÉ™nistan isÉ™ ABÅž-ın vasitəçiliyi ilÉ™ razılaÅŸmaya gÉ™lib. Amma çoxlu böhranlar hÉ™lÉ™ dÉ™ nÉ™zarÉ™tsiz qalır. CÉ™zasızlıq hökm sürür, qanunsuzluq hÉ™r yerdÉ™ yayılır”, – deyÉ™ o qeyd edib.
BMT baş katibi həmçinin xəbərdarlıq edib ki, belə vəziyyətlər xaosa gətirib çıxara bilər və bu da terrorun güclənməsinə səbəb olacaq:
“Cavabdehlik azalır, qÉ™biristanlıqlar isÉ™ böyüyür”, – QuterreÅŸ vurÄŸulayıb.