EN

Xəstəlikləri 10 il əvvəl proqnozlaşdıran sistem HAZIRLANDI

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Alimlər insan sağlamlığındakı riskləri əlamətlər görünməzdən 10 il əvvəl müəyyən edə bilən innovativ texnologiyanı təqdim ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni Delphi-2M modeli süni intellekt əsasında işləyir və tibbi qeydləri analiz edərək 1200-dən çox xəstəliyin inkişaf ehtimalını proqnozlaşdıra bilir.

Onun iş prinsipi hava proqnozuna bənzəyir: məsələn, “70 faiz yağış ehtimalı” əvəzinə, “yaxın 10 ildə ürək tutması və ya 2-ci tip diabet riski” kimi nəticə göstərir. Model UK Biobank məlumat bazasındakı 400 mindən çox insanın tibbi tarixçəsi üzərində öyrədilib – buraya hospitalizasiyalar, ailə həkimlərinin qeydləri və həyat tərzi məlumatları daxildir. Daha sonra sistem həm həmin bazanın digər hissəsində, həm də Danimarkadakı 1,9 milyon xəstənin məlumatlarında yoxlanılıb və yüksək dəqiqlik göstərib.

Avropa Molekulyar Biologiya Laboratoriyasının professoru Yuen Birninin sözlərinə görə, Delphi-2M xüsusilə ürək-damar xəstəlikləri, 2-ci tip diabet və sepsis kimi aydın gedişata malik xəstəlikləri proqnozlaşdırmaqda effektivdir. Lakin təsadüfi infeksiyalar kimi hadisələri daha zəif proqnozlaşdırır.

Mütəxəssislər bildirirlər ki, bu texnologiya həkimlərə risk qrupundakı insanları vaxtında müəyyən etmək, dərman təyin etmək və həyat tərzində dəyişikliklər tövsiyə etmək imkanı verəcək. Səhiyyə sistemində planlaşdırma üçün də faydalı ola bilər – məsələn, müəyyən regionda gözlənilən ürək tutmalarının sayını əvvəlcədən hesablamaq.

Hazırda model təkmilləşdirilir, ona genetik göstəricilər, laborator analizlər və radioloji müayinələr əlavə edilir. Çünki mövcud versiya əsasən 40–70 yaş arası insanların məlumatları əsasında qurulduğundan müəyyən qərəzlilik riski var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
lent.az

2Sources