EN

BMT baş katibi Azərbaycan və Ermənistan arasındakı razılaşmanı pozitiv bir hadisə kimi qeyd edib

Bakı. Trend:

Ötən il ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanarasında əldə olunmuş razılaşma ümid işığı gətirdi.

Trend xəbər verirki, bunu BMT baş katibi António Quterriş BMT Baş Assambleyası 80-ci sessiyasında çıxışı zamanı bildirib.

“Ötən il, o cümlədən Kamboca ilə Tayland arasında atəşkəs vəABŞ-ın vasitəçiliyi ilə Azərbaycan ilə Ermənistan arasında əldəolunan razılaşma ümid işığı gətirib. Lakin hələ də çoxsaylıböhranlar nəzarətsiz qalır və cəzasızlıq hökmranlıq sürməyə davamedir”, -deyə o bildirib.

Quterriş vurğulayıb ki, Təhlükəsizlik Şurası daha şəffaf vəsəmərəli olmalıdır.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və ErmənistanRespublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti vəErmənistan Baş nazirinin Vaşinqtonda görüşü ilə bağlı BirgəBəyannamə imzalayıblar.

Bundan başqa, Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampvə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramov və ErmənistanRespublikasının xarici işlər naziri Ararat Mirzoyan arasındakeçirilən görüşdə “Azərbaycan Respublikası ilə ErmənistanRespublikası xarici işlər naziri arasında sülh və dövlətlərarasımünasibətlərin yaradılması haqqında Saziş” layihəsiniparaflayıblar.

Məqalədə:
Chosen
21
2
az.trend.az

10Sources