EN

Eldost Bayram ürək əməliyyatı olundu

Xalq artisti Eldost Bayramın səhhətində problem yaranıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, o, bu günlərdə ürək əməliyyatı keçirib.

E.Bayramov məlumatı saytımıza açıqlamasında təsdiq edib:

“Ürəyimə iki stend qoyuldu. Bir neçə gün Mərkəzi Neftçilər Xəstəxanasında qaldım. Ötən gündən müalicəmi evdə davam etdirirəm. Hazırda vəziyyətim yaxşıdır”.

Qeyd edək ki, 78 yaşlı tanınmış diktor “Tərəqqi” medalına layiq görülüb.

Bizim.Media

Chosen
9
5
bizim.media

6Sources