EN

"Barselona" de Yonqun müqaviləsini yeniləmək istəyir

BAKI, 23 sentyabr. TELEQRAF

İspaniyanın "Barselona" klubu futbolçusu Frenki de Yonqla müqaviləni yeniləyəcək.

Teleqraf "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin nümayəndələri ilə niderlandlı yarımmüdafiəçi arasında danışıqlar müsbət istiqamətdə irəliləyir.

"Barselona" 28 yaşlı oyunçuya 3 illik müqavilə təklif edib. Komandanın baş məşqçisi Hans-Diter Flik de Yonqu klubun vacib hissəsi hesab edir.

Qeyd edək ki, Frenki de Yonqun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, 2019-cu ilin yayından "Barselona"nın şərəfini qoruyur.

Chosen
51
teleqraf.com

1Sources