EN

Sərnişinlərə ŞAD XƏBƏR: Bu istiqamətdə yeni marşrut istifadəyə verilir

340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır.

Bu barədə News24.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Bildirilib ki, agentlik tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi və yeni xətlərin təşkili istiqamətində tədbirlər davam etdirilir. 

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 24 sentyabr tarixindən 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Yeni marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək.  

“ÇinarTrans” MMC-yə məxsus 10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 AZN təşkil edir. Avtobuslarda ödəniş nağdsız qaydadadır.



Chosen
60
31
news24.az

10Sources