EN

Banka borcunu gecikdirənlər bunu bilməlidir: İllik 5 faiz…

Azərbaycanda kredit müqavilələrində cərimə şərtləri göstərilmədikdə, bankların borcluya əlavə ödəniş tətbiq edib-etməməsi tez-tez müzakirə mövzusuna çevrilir. Maraqlıdır, belə halda bank gecikməyə görə cərimə yaza bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qanunvericiliyə əsasən, müqavilədə ayrıca qeyd olunmasa belə, borcun gecikdirilməsi halında illik 5 faiz cərimə tətbiq edilə bilər:

Əkrəm

“Əgər müqavilədə göstərilməyibsə, istənilən şəxsin borcu üzrə gecikmə olduqda o 5 faiz nəzərdə tutulur. Bu, mütləq qaydada yalnız əsas borca hesablanır”.

Ekspert əlavə edib ki, faiz və komissiyalara isə bu cərimə tətbiq olunmur:

“Komissiyalar prinsipcə ayrıca hesablana bilər, amma onlar bir qayda olaraq əvvəlcədən tutulduğu üçün cərimə məsələsində əsas borc nəzərə alınır”.

Beləliklə, kredit müqaviləsində cərimə bəndi olmasa belə, qanuni qaydada bank yalnız əsas borca görə illik 5 faizdən artıq tələb edə bilməz.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
4
2
konkret.az

3Sources