EN

NATO rus qırıcılarını vuracaq – Yekun bəyanat

NATO-ya üzv ölkələr onların hava məkanını pozan PUA və qırıcıları vurmağa hazırdır.

Turkustan.az xəbər verir ki, bu barədə “Bild” nəşri alyansın 32 üzvünün birgə bəyanatına istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, NATO-nun qərargahı 4-cü maddə üzrə məsləhətləşmələr üçün alyansın fövqəladə iclasını çağırıb. Görüş Estoniyanın təşəbbüsü ilə keçirilib. Görüşün keçirilməsinə səbəb Rusiyanın MiQ-31 qırıcılarının ölkənin hava məkanını pozması olub.

Bəyanatda bildirilib ki, alyans və müttəfiqləri beynəlxalq hüquq normalarına uyğun olaraq özlərini müdafiə etmək və bütün istiqamətlərdən gələn təhdidlərin qarşısını almaq üçün bütün zəruri hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcəklər və NATO təkcə PUA-ları deyil, həm də alyansın ərazisi üçün təhlükə hesab edilərsə, Rusiya qırıcılarını da vura bilər./axar.az

Chosen
30
2
turkustan.az

3Sources