EN

13 yaşlı yeniyetməni maşın vurdu

Mingəçevirdə maşın 13 yaşlı piyadanı vurub.

News24.az xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Belə ki, İkram Yusifov idarə etdiyi "VAZ -21015" markalı avtomobillə 2012-ci il təvəllüdlü Yusif Rüstəmovu vurub. Müxtəlif bədən xəsarətləri alan yeniyetmə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Chosen
65
6
news24.az

8Sources